Pensiyaçılara pulsuz bukletlər paylanacaq
Sığortaolunan və pensiyaçılar üçün maarifləndirici çap məhsulları hazırlanıb
Dövlət Sosial Müdafiə Fondu sığorta-pensiya sistemində həyata keçirilən islahatlarla bağlı sığortaolunan və pensiyaçıların maarifləndirilməsi üçün yeni çap məhsulları hazırlayıb. Məqsəd ictimaiyyətin əmək pensiyası, məcburi dövlət sosial sığorta haqları və fərdi uçotla bağlı daha da ətraflı məlumatlandırmaqdır.
Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, bukletlər 5 adda – “Gələcəyə arxayınlıqla aparan yol (sosial sığorta və pensiya təminatı)”, “Gələcəyə arxayınlıqla aparan yol (sosial sığorta və fərdi uçot)”, “Pensiyaçılar üçün bankomat təlimatı”, “Mərkəzi Çağrı Sistemi:190”, “Sosial sığorta haqlarının vaxtında ödənilməsi gələcəyinizin təminatıdır” çap olunub və əhaliyə pulsuz paylanır.
Elman Babayev bildirib ki, bu bukletlər prezident İlham Əliyevin imzaladığı 30 dekabr 2008-ci il tarixli “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” çərçivəsində hazırlanıb. Onun sözlərinə görə, həmin proqramda pensiya-sığorta sahəsində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin görülməsini xüsusi müddəa var. Proqrama əsasən, sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə davamlı olaraq müvafiq tədbirlər görülməlidir.
Elxan SALAHOV

Oxşar yazılar

Martın ikinci yarısı karyerasında şanslı olacaq BÜRCLƏR
14 mart 2025 , 09:09
Bakıda sıxlıq olan yollar açıqlandı
14 mart 2025 , 08:25
Ramazan ayının 14-cü gününün DUASI
13 mart 2025 , 22:00Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
13 mart 2025 , 19:06
Azərbaycanda bu yağ bütün marketlərdən yığışdırılır
13 mart 2025 , 16:33
Ramazanda Novruz bayramı qeyd etmək olar? – Şeyxin müavini ilə MÜSAHİBƏ
13 mart 2025 , 14:15
Bakıda 20 dərəcə isti olacaq - Sabahın HAVASI
13 mart 2025 , 12:15