Azərbaycan muğamının kosmosa göndərilməsindən 32 il keçir
ABŞ Milli Kosmik Agentliyi (NASA) Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini 32 il əvvəl peyklə kosmosa göndərib.
APA-nın ABŞ bürosunun məlumatına görə, “Voyager” adlanan peykin kosmosa yollanması simvolik xarakter daşıyıb. 1970-ci illərin ortalarında NASA Günəş sistemindən kənarda intellektin olmasını ehtimal edərək, oraya Dünyanın sakinləri, mədəniyyəti haqqında məlumat göndərmək qərarına gəlir.
Dünyadan kənar canlılara yollanacaq məlumatın məzmununu müəyyən etmək hüququ tanımış astronom Karl Saqana (Carl Sagan) həvalə olunur. İngilis, rus, türk və digər 52 xalqın dilində yazılmış “Salam” ifadəsi ilə yanaşı, professor 27 ölkənin musiqi əsərini seçir.
K. Saqan dünya şöhrətli Bax və Motsartın əsərlərini, habelə balabanda ifadə olunan Azərbaycan muğam parçasını da peykin məlumat bazasına əlavə edir. Ən son məlumata görə, “Voyager” peykinin daşıdığı muğam incisi 2008-ci ildə Günəş sistemini tərk edib.

Oxşar yazılar

Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53
Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
13 may 2025 , 17:37
Yaşlı insanların pişik saxlaması TƏHLÜKƏLİDİR - SƏBƏB
13 may 2025 , 17:17