- Ramazan ayının 13-cü gününün DUASI
- Meteohəssas insanlar üçün sabahın PROQNOZU
- Bakıda duman neşə gün davam edəcək? - GÜNÜN HAVASI
Məsciddə namaz qılanlar arasında azərbaycanlılar çoxluq təşkil edib, lakin burada Türkiyə, hətta digər bəzi xarici ölkələrin də vətəndaşları namaz qılıb.
Məsciddə digər inanclı insanlarla yanaşı cəmiyyət arasında vəhabi (sələfi) kimi tanınan şəxslər də gəlib.
Namazdan əvvəl məscidin imamı İbrahim Memiş cümə moizəsini oxuyub, daha sonra cümə namazı qılınıb.
Ətrafda polis işçiləri də olub.
İ.Memiş Lent.az-ın əməkdaşı ilə söhbətində məscidin bağlanmayacağını bir daha vurğulayıb.
Polis işçilərinə gəlincə, İ.Memiş hər cümə burada hüquq-mühafizə orqanlarının olduğunu və bunu normal hal saydığını bildirib: “Onlar təhlükəsizliyi təmin edir”.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarının yerləşdiyi ərazidəki (“Tələbə şəhərciyi”) Türkiyə Diyanet İşləri Vəqfi tərəfindən tikilmiş “İlahiyyət fakültəsi” camesinin fəaliyyətinin dayandırılacağını həmin məscidin imamı İbrahim Memiş mayın 19-da namaz zamanı elan edib. O, məscidin konkret olaraq bu gün - mayın 22-də cümə namazdan sonra fəaliyyətinin dayandırılacağını bildirmişdi. Bu barədə məlumatı ilk olaraq Lent.az yayıb.
Lakin Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşavirliyi Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparıb. Danışıqların nəticəsi olaraq “İlahiyyət fakültəsi” camesinin fəaliyyətinin davam etdirilməsi barədə razılıq əldə olunub.
1996-cı ildən fəaliyyət göstərən məscid Türkiyənin Diyanet işləri Vəqfi tərəfindən inşa edilib.
Pərvin ABBASOV