Bir qrup təqaüdçü alman Samuxda olub
Onların məqsədi rayonla tanışlıqla yanaşı, investisiya qoyuluşu üçün buradakı imkanları araşdırmaqdan ibarət olub
Təqaüdçülərdən ibarət bir qrup alman Samuxda olub. Almaniyalı təqaüdçüləri rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev qarşılayıb. Samux rayon İcra Hakimiyyətinin binasında qonaqların və yerli iş adamlarının iştirakı ilə dəyirmi masa təşkil olunub.
Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, tədbirdə çıxış edən V.Hacıyev almanlara rayon barədə ümumi məlumat verib. Turizm və sahibkarlığın inkişafı üçün görülən, həyata keçirilməsi nəzərdə tutulan işlərdən bəhs edib. İllər öncə almanların rayonun Lüksemburq və Karayeri qəsəbələrində yaşamasından, samuxlularla dostluq münasibətlərindən danışıb.
2002-2004-cü illərdə Almaniyanın Daxili İşlər Nazirliyində məsləhətçi kimi çalışmış Bitvik Kriştof isə Samuxa səfərlərinin əsas məqsədinin rayonla tanışlıqla yanaşı, investisiya qoyuluşu üçün buradakı imkanları araşdırmaqdan ibarət olduğunu bildirib.
Yerli iş adamları ilə söhbət aparan turistlərə rayonda quşçuluq, tum istehsalı, üzümçülük və sair istehsal növləri ilə məşğul olan obyektlər barədə məlumat verilib. Görüşdən sonra qonaqlar ən çox diqqətlərini çəkən “Samux Quşçuluq” MMC ilə əyani tanış olublar. 50 min ev quşunun saxlandığı və gündəlik 45 min yumurta alındığı müəssisədəki iş şəraiti almanların xoşuna gəlib. Onlar burada əldə etdikləri məlumatları alman iş adamları ilə bölüşəcəklərini bildiriblər.
Vüsalə Cənnətova

Oxşar yazılar

Martın ikinci yarısı karyerasında şanslı olacaq BÜRCLƏR
14 mart 2025 , 09:09
Bakıda sıxlıq olan yollar açıqlandı
14 mart 2025 , 08:25
Ramazan ayının 14-cü gününün DUASI
13 mart 2025 , 22:00Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
13 mart 2025 , 19:06
Azərbaycanda bu yağ bütün marketlərdən yığışdırılır
13 mart 2025 , 16:33
Ramazanda Novruz bayramı qeyd etmək olar? – Şeyxin müavini ilə MÜSAHİBƏ
13 mart 2025 , 14:15
Bakıda 20 dərəcə isti olacaq - Sabahın HAVASI
13 mart 2025 , 12:15