Bu il orta məktəb məzunlarının sayı azalıb
2008-2009-cu tədris ilində Azərbaycanda orta ümumtəhsil məktəblərinin XI sinfini 112 min 549 şagird bitirəcək. Bu isə ötən illə müqayisədə 4 min 986 nəfər azdır.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, ötən il orta ümumtəhsil məktəblərinin XI sinfini bitirən şagirdlərin sayı 117 min 535 nəfər, 2007-ci ildə 116 min 812, 2006-cı ildə isə 116 min 389 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2006-cı ildə 431, 2007-ci ildə 524, ötən il 311 nəfər olduğu halda, 2009-cu ildə onların sayı 637 nəfərə yüksəlib.
2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119 min 600 şagird qəbul olunub. Bu göstərici 2006-cı ildə 116 min 958, 2007-ci ildə isə 117 min 921 nəfər təşkil edib. Növbəti dərs ilində isə I sinif şagirdlərinin sayının 125 min 114 nəfər olacağı proqnozlaşdırılır.
Elxan SALAHOV

Oxşar yazılar
Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı
13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"
13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO
13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 13:08
Zəvvarları aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi
13 may 2025 , 12:49
4 və 6 sinif şagirdləri bu il ilk dəfə imtahan verəcək
13 may 2025 , 12:49
Müəllimlər yenə imtahan edilir
13 may 2025 , 12:48