“Əsgər Ailəsi” Cəmiyyəti yeni layihənin icrasına başlayır
21 may 2009 12:50 (UTC +04:00)

“Əsgər Ailəsi” Cəmiyyəti yeni layihənin icrasına başlayır

“Vətən çağırır” adlı layihə may-oktyabr aylarını əhatə edəcək

Bu gün Əsgər Ailəsi Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti Yanıinda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən“Vətən çağirir” layihəsinin təqdimatını keçirib.

Lent.az-ın məlumatına görə, Cəmiyyətin sədri, hərbi jurnalist, ehtiyatda olan zabit Roza Əliqızı bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd gənclər və yeniyetmələr, o cümlədən cəmiyyət arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, torpağa, orduya, vətənə, bayrağa sevgi hisslərinin yüksəldilməsdir.

Layihədə qarşıya qoyulan vəzifələr isə gənclərin silahli qüvvələrdə xidmətə mənəvi-psixoloji cəhətdən tam şəkildə hazır olması istiqamətində işlər görülməsi və Qarabağ müharibə veteranları və əlillərinin yubileylərinin keçirilməsidir.

Layihə çərçivəsində gənclərin Qarabağ qaziləri ilə görüşü, “Ordu günü” münasibətilə tədbir və milli qəhrəmanlar və müharibə veteranlarının ad günü və yubileyləri keçiriləcək. Həmçinin gənclərin vətənpərvərlik tərbiyəsi “Müasir dövrdə” mövzusunda dəyirmi masa keçirilməsi, “Vətən Çağırır” gənclər üçün hərbi vətənpərvərlik mövzusunda bədii-sənədli kitabın hazırlanması, nəşr edilməsi və yayılması nəzərdə tutlur.

Tədbirdə müharibə veteranları, ehtiyyatda olan zabitlər və jurnalistlər iştirak edirdilər. Tədbirdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, ehtiyatda olan zabit Emin Həsənli, EOZK-nın sədr müavini polkovnik Həsən Əmirov, keçmiş döyüşçü kapitan Gülarə Musayeva , “İctimai Vəkil İnsan Hüquqlarının Müdafiə” mərkəzinin sədri Aynur İmranova Roza Əliqızının orduya böyük xidmətlərindən danışıb ona uğurlar arzuladılar.

Qeyd edək ki, layihənin icra müddəti may-oktyabr aylarını əhatə edəcək.

Kimyə Rüstəmova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1333

Oxşar yazılar