66 yaşlı qadın 8 aylıq hamilədir
18 may 2009 10:30 (UTC +04:00)

66 yaşlı qadın 8 aylıq hamilədir

İngiltərədə 66 yaşlı qadın ölkəsinin ən yaşlı anası olmağa hazırlaşır.

Lent.az-ın məlumatına görə, iş qadını olan Elizabet Adeney hazırda 8 aylıq hamilədir. Ölkəsində 50 yaşdan yuxarı qadınların süni mayalanma yolu ilə hamilə qalmasına icazə verilmədiyindən 66 yaşlı qadın bunun üçün Ukraynaya gedib. Orada süni mayalanma yolu ilə hamilə qalan Adeney həkimlərin bu addımın nə qədər riskli oldu barədə xəbərdarlıqlarına əhəmiyyət vermir. Həkimlər onun doğuş zamanı ölmək ehtimalının yüksək olduğunu bildirirlər.

Ancaq Adeney mirasını buraxmaq üçün birinə ehtiyacı olduğu deyərək, özünü 66 yaşında yox, daha gənc hiss etdiyini deyib: “Önəmli olan mənim özümü neçə yaşda hiss etməyimdir”.
Bir ay sonra ana olmağa hazırlaşan iş qadını körpəsi üçün pal-paltar almaq üçün mağazaları gəzir.
Qeyd edək ki, bir müddət əvvəl İngiltərədə Patrisia Raşbrok 63 yaşında ana olub. Dünyada isə bu rekord hindistanlı Omkari Panvaya aiddir. O, 70 yaşında dünyaya uşaq gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225

Oxşar yazılar