Əmək pensiyası alanların sayı artır
2009-cu il aprelin 1-ə olan məlumata əsasən, əmək pensiyası alan şəxslərin sayı ilin əvvəli ilə müqayisədə 8612 nəfər artaraq 1.283 750 nəfərə çatıb. Onlardan 508 882 nəfəri kişi, 774 868 nəfəri qadınlardır. Qadınlardan 377 834 nəfəri çoxuşaqlı analardır.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, əmək pensiyası alanların 9451 nəfəri dövlət qulluqçusu kimi pensiya alanlardır. Ümumilikdə əmək pensiyaçılarının 128 093-ü işləyən pensiyaçılardır. Onun sözlərinə görə, hazırda yaşa görə 840 885 nəfər pensiya alır. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı isə 305 031 nəfərdir. Onlardan 22 286 nəfəri 1-ci qrup, o cümlədən 7613 nəfəri 1-ci qrup gözdən əlillərdir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4605 nəfərdən ibarətdir.
Bundan başqa, 36 526 nəfər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 137 834 nəfər təşkil edir. Onlardan 22-si Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvləridir.
Xatırladaq ki, Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.
Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş və ya sağlamlıq imkanları məhdud sığorta olunana bir il sosial sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sosial sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sosial sığorta stajı olduqda təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyası isə vəfat gününədək ailə başçısının yuxarıda göstərilən qaydada (əlilliyə görə əmək pensiyası hüququ yaranması şərtlərinə uyğun) sığorta stajı olduqda təyin edilir.
Elxan SALAHOV

1038