““Donuz qripi” virusu laboratoriyada hazırlanıb”
13 may 2009 11:30 (UTC +04:00)

““Donuz qripi” virusu laboratoriyada hazırlanıb”

Bu iddia ilə avstraliyalı mütəxəssis çıxış edib

“Donuz qripi” kimi tanınan A/H1N1 virusunun laboratoriyada hazırlanaraq, yayıldığı iddia edilir.


Lent.az-ın məlumatına görə, belə bir iddianı avstraliyalı mütəxəssis Adrian Gibbs Bloomberg Agentliyinə açıqlamasında irəli sürüb. 75 yaşlı virus mütəxəssisi bu sahədə ciddi araşdırma apardığını vurğulayıb: “Araşdırma nəticəsində belə qənaətə gəldim ki, bu virus bir laboratoriyadan çıxıb. Məlumdur ki, elm adamları qripə qarşı peyvənd və ya digər dərmanlar tapırlar. Hesab edirəm ki, A/H1N1 virusu da hansısa formada laboratoriyadan çıxarılıb”.


Mütəxəssis deyib ki, bu virusdakı mutasiya donuzlarda müşahidə olunan qripdən 3 dəfə sürətlidir.


Dünya Səhiyyə Təşkilatı bu açıqlamadan sonra məsələni daha ciddi araşdıracağını bildirirb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1279

Oxşar yazılar