Azərbaycan Cənubi Afrika ilə birgə zirehli texnika istehsal edir
Cənubi Afrika Respublikasının «Paramount Group» şirkəti Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi ilə birgə istehsal etdiyi zirehli transportyorları Mərkəzi Asiya dövlətlərinə və digər MDB ölkələrinə ixrac etməyi planlaşdırır.
«APA-ECONOMICS»in məlumatına görə, bunu «Paramount Group»un İdarə Heyətinin sədri İvor İçikovits (Ivor Ichikowitz) bildirib.
«Biz Azərbaycanın Müdafiə Sənayesi Nazirliyini qarşıya qoyduğu hədəflərə çatmaq üçün dəstəkləyirik. Azərbaycanın müdafiə təyinatlı məhsullar istehsalında regional mərkəz ola biləcəyinə inanırıq», - deyə şirkət rəhbəri vurğulayıb.
İ.İçikovits ortaq əməkdaşlıq çərçivəsində ilk sifarişlərin alındığını və Bakıdakı müəssisədə matador və marauder tipli zirehli maşınların istehsalına başlandığını qeyd edib. Zirehli texnikanın ilk partiyası cari ilin sonuna təhvil veriləcək.
Şirkət nümayəndəsi deyib ki, Bakıda istehsal olunan ilk avtomobillər Zirehli Personal Daşıyıcısı (APC) versiyasındandır. Daha sonra burada digər modellərin də istehsal edilməsi planlaşdırılır. Bakıda həmçinin «Paramount Group»un ötən il CAR-da təşkil olunmuş Afrika Aviasiya və Müdafiə Sərgisində nümayiş etdirdiyi daxili təhlükəsizlik və polis qüvvələri üçün nəzərdə tutulan üçüncü model «Maverick» texnikaları da istehsal olunacaq.
Qeyd edək ki, matador və marauder tipli zirehli transportyorlar MSN-in Elektron Hesablayıcı Maşınlar zavodunda istehsal edilir.

Oxşar yazılar
Bu gün bank kartlarından 10 min manatdan çox pul oğurlanıb
11 aprel 2025 , 21:07Rusiya onları Azərbaycana təhvil verdi
11 aprel 2025 , 21:02
Tarixi binaların izlərini gözəllik salonları, telefon mağazaları gizlədir - VİDEO
11 aprel 2025 , 20:39Sabahın tibbi-meteoroloji PROQNOZU
11 aprel 2025 , 19:07
Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ
11 aprel 2025 , 16:39
Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq
11 aprel 2025 , 13:01
Sabah bu yerlərə qar, Bakıya yağış yağacaq - HAVA PROQNOZU
11 aprel 2025 , 12:32