Azərbaycanda “donuz qipi”nə dair monitorinq başa çatıb
388 qan nümunələrinin heç birində A/H1N1 virusu aşkarlanmayıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində saxlanılan donuzlar arasında A/H1N1 virusunun müəyyənləşdirilməsi məqsədilə aprelin 27-dən başladığı monitorinqi başa vurub. Monitorinq zamanı seçmə üsulla götürülmüş 388 qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub.
DBX-nin mətbuat xidmətinin Lent.az-a bildiriblər ki, monitorinq bütün ölkə ərazisi üzrə həyata keçirilib. Bu gün başa çatmış müayinələrin nəticəsində qan nümunələrinin heç birində A/H1N1 virus xəstəliyinin daşıyıcısı tapılmayıb. Həmçinin monitorinqin aparıldığı dövrdə donuzçuluq təsərrüfatlarının heç birində nə xəstə, nə də xəstəlikdən tələf olan heyvanlara rast gəlinməyib.
Bununla belə, DBX A/H1N1 virus xəstəliyinin Azərbaycana keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayır. Bu səbəbdən də ölkə miqyasında belə monitorinqlər ardıcıl olaraq, davam etdirəcək. Növbəti monitorinqə iyunun 1-də start veriləcəyi nəzərdə tutulur.
Xatırladırıq ki, xəstəliyin profilaktikası üçün ölkədə dərman vasitələrinin, dezinfeksiyaedici maddələrin, həmçinin fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılıb. Həmçinin rayon (şəhər) baytarlıq idarələrinə, ərazilərində fəaliyyət göstərən donuzçuluq təsərrüfatlarında xəstəliyə qarşı baytarlıq-sanitariya tələblərinə uyğun tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
DBX əhalinin nəzərinə çatdırır ki, hazırda A/H1N1 virus xəstəliyinə görə Azərbaycanda epizootik vəziyyət sabitdir və bu məsələ daim nəzarətdə saxlanılır.
Elxan SALAHOV

Oxşar yazılar

Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04
Sabah iki rayonun qazı kəsiləcək
2 iyul 2025 , 15:50
Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54