Ukraynada gizli yaşayan azərbaycanlı qəhrəman atanın hekayəti
Elxan Qəhrəmanov: “Evdə yeməyə bir şey olmayanda çayın buzunu sındırıb, əlimlə balıq tuturdum”
…Bütün məişət çətinliklərinə baxmayaraq, bir cüt valideyn və yeddi uşaq yarıuçuq evdə salamat qalmağa çalışır. Çoxuşaqlı ailənin atasını ölkədən qovmaq istəyirlər.
Siyasətçilər demoqrafik mövzularda üyüdüb-tökəndə, vətəndaşları bacardıqca çox uşaq dünyaya gətirməyə çağıranda (təbii ki, Çin vətəndaşları istisnadır), adamın yadına az qala hər il uşaq doğulan, amma az qala Sparta şərtləri altında yaşayan ailələr düşür. Düzdür, bu ailələr çox uşaq doğmaqla heç də dövlətin, ya da hakimiyyətin sifarişini yerinə yetirmək məqsədi güdmürlər. Sadəcə, bəzi Allah bəndələri abortu günah bilir, bəzi xam cütlüklər illərlə uyğun qorunma vasitəsi tapa bilmir, bəziləri isə növbəti hamiləliyi sadə, həyata keçiriləsi bir şey bilir, vəssalam.
“Ailə çoxuşaqlı olmalıdır!”
Ukraynalı Albina Korotkova ana olmağı hələ uşaqlıqdan arzulayırdı. Amma heç vaxt düşünməzdi ki, 31 yaşına çatanda ona nə az, nə çox - düz 7 uşaq “ana” deyəcək! Yox, Albina elə qadınlardan deyil ki, el arasında deyildiyi kimi, hər uşağının bir atası olsun. Onun uşaqlarının hamısı bir kişidəndir – 42 yaşlı azərbaycanlı Elxan Qəhrəmanovdan.
Elxan deyir: “Mənim üçün həyatda ən vacib şey – uşaqlardır. Böyüdüyüm ailədə 10 uşaq vardı, valideynlərim də hamımıza eyni cür diqqət ayıra bilirdi. Mənim öz ailəm də belə olmalıdır”.
Elxanla Albina Ukraynanın Kramatorsk şəhərində Elxanın qardaşının yaşadığı evdə tanış olublar. Yarım il görüşüblər. Sonra isə bir yerdə yaşamağa başlayıblar. Əvvəlcə Albinanın ailəsi onlara sığınacaq verib: qızın ailəsinin Köhnə şəhərdə üçotaqlı mənzili vardı və ilk övladı dünyaya gətirmiş cütlüyə burada yer çatırdı.
Körpə 1995-ci ilin may ayının 9-da dünyaya gəldi. Adını Arif qoydular. Elxan xoşbəxtlikdən göyün yeddinci qatında idi. Albina yaxşı ana çıxmışdı: uşağın qayğısına qalır, ərindən də diqqətini əsirgəmirdi. Elxan bazarda tərəvəz satırdı, evdə pul sarıdan korluq çəkmirdilər. Çatışmayan şey isə qayınata və qayınananın anlayışı idi. Onlar nəinki gənc ailəyə kömək etmirdilər (əslində heç onlardan kömək istəyən də yox idi, bircə hərdən uşağı saxlamaq və altını dəyişmək kimi xırda yardımlara ehtiyac olanda) hətta onlara hər cür mane olurdular.
Nəhayətdə gənc ailə bir kirayədən o birisinə köçməyə başladı.
İkinci uşağı elə evdəcə doğdu
İki ildən sonra Albina hiss elədi ki, yenə də hamilədir. Onların yerinə başqa cütlük olsaydı, ikinci uşağı dünyaya gətirməmişdən qabaq yüz ölçüb, bir biçərdilər. Amma bu cütlük qəti qərar verdi: uşaq dünyaya gəlməlidir. “Təcili yardım” gəlib çıxmamış, Albina ikinci oğlan uşağını evdəcə doğdu. “Bu, 1998-ci ilin mart ayı idi. Küçədə qırx dərəcə şaxta vardı, evimizin isə heç damı da fərli deyildi – Albina xatırlayır – divarlar elə yaş idi ki, buz bağlayırdı”.
Həmin evi onlar gözdən uzaq Oktyabrsk rayonunda tapmışdılar. Elxan pəncərə yerlərinə taxta və sellofan, taxta qapılara qalın ədyallar mismarladı, dama bir balaca əl gəzdirdi və ailə sakitcə burada yaşamağa başladı.
Həmin gün üç nazik yorğan altında uzanmış zahı qadının altındakı cırıldayan divanın yanında bircə dənə elektrik sobası yanırdı – təzəcə dünyaya gəlmiş Üfüqü də elə onun istisi qızdırdı. Çağırışa gəlmiş “Təcili yardım” işçilərinə təzə doğulmuş körpənin göbəyini kəsmək və ana-balanı xəstəxanaya aparmaqdan başqa bir şey qalmamışdı.
Hər evdə təzə uşaq
Ev yavaş-yavaş dağılırdı, bir gün əməlli-başlı uçacağı gün elə də uzaqdan deyildi. Qızın ata-anası ilə ev barədə danışıqlar bir xeyir vermədi. Hətta axırda qızın valideynləri onu ümumiyyətlə mənzil qeydiyyatından çıxartdılar. Elxan İvanovkada təzə yaşayış yeri tapdı. Bu da atılmış evlərdən biri idi, amma sahibi vardı. Sahibi heç nəyə yaramayan bu xarabalığı Elxana 300 qrivenə sattı. Elxan bu evi də təmir elədi. Onun ovcundakı qəpik-quruş isə metal və ferromarqans təhvilindən gəlirdi.
Uşaq gətirən leyləklər “Elxan əminin bu komasından” da yan uçmadılar. 2001-ci ilin iyulunda “leyləklər” onlara qaragözlü gözəl Ayseli gətirdilər. Bu dəfə Albina lap çox sevindi: axır ki, Tanrı ona qız uşağı – ananın köməkçisini göndərmişdi! Amma heç üç il də keçmədi ki, ailədə təzə oğlan uşağı – Timur dünyaya gəldi. Bu vaxt ərzində ər-arvad artıq Maryevkaya gedib çıxmışdılar. 2005-ci ilin iyulunda burada onların Ağsel (adı Ayselinkindən bir hərflə fərqlənən) adlı qızları doğuldu. 2006-nın avqustunda isə oğul – Alim dünyaya gəldi.
Çoxuşaqlı ata balıq tutur, icarəyə götürdüyü torpaq sahəsində bostan əkir, onlarla dana və donuz yemləyirdi. Amma ev sahibəsi bir gün kirayənişinlərə dedi ki, evi satlığa çıxarır. Və Elxan evin əlindən çıxmasından qorxaraq, öz heyvanlarını satışa çıxartdı. Sata bildiyini satdı, sata bilmədiyini də kəsib, ətini konservləşdirdi, qablaşdırıb, satdı. Amma bunların hamısından gələn gəlir də evi satın almağa bəs eləmədi.
Oradan da köçməli oldular. Həndəvəri gözdən keçirən Elxanla Albina 2008-ci ilin aprelində növbəti kimsəsiz bir koma tapdılar.
Yeddinci uşaq doğulanda divarlardan xoşbəxtlik yağır!
“Bu xarabalığı birinci dəfə görəndə Albinaya dedim ki, bundansa, tarlanın ortasında çadır qurub, orada yaşayaram! – Elxan öz “apartament”ində apardığı ekskursiya zamanı gülə-gülə nağıl eləyir. Evi doğrudan da yaşamağa yararlı hesab etmək mümkün deyil. Hasarlar şiferdən, həyət qapısı əvəzinə dəmir parçası, şüşəsiz, taxta parçalarından ibarət eyvan və pilləkən yerinə üst-üstə qoyulmuş iki kərpic. Pəncərələrin hamısına şüşə əvəzinə sellofan çəkilib.
Dar-düdük otaqların içində köhnə çarpayılardan, süzülüb getmiş divanlardan savayı heç nə yoxdur. Ailənin bütün “varidatı” bundan ibarətdir. Tavandakı çürük taxta parçası isə hər an evdə kiminsə başına düşə bilər…
Amma interyerin kasıblığına baxmayaraq, ev tər-təmizdir. Döşəməyə kilimlər salınıb, çarpayıların üstünə hələ yaxşı vəziyyətdə olan adyallar çəkilib. Elə uşaqların da vəziyyəti yaxşıdır, hamısı sağlam və baxımlıdır. Gözə dəyən tək problem qarayanız dəcəllərin ora-buralarındakı “zelyonka” ləkələridir. Neyləmək olar – rütubətlidir.
Evi odun sobası isidir. Elxan odun dalınca yaxınlıqdakı meşə zolağına gedir. Soba olmasa, evi necə qızdıracağını bilmir – ev elə soyuqdur ki, tonqal da qalasan, xeyri yoxdur. Narahatçılığa əsas da var – yanvarın 25-də Albina yeddinci övladı dünyaya gətirib.
Hamiləlik rahat keçdi, amma doğuş çətin oldu – Albina balaca Arazın başını sığallaya-sığallaya deyir. Elxan arvadının çiyinlərini qucaqlayaraq, deyir: “Dördüncü uşaqdan sonra ona dedim ki, bəsdi, daha doğma. Amma istəmirəm ki, arvadım hamiləliyin qarşısını alan cürbəcür dərmanlar içsin”. Albina ərinin sözünə qüvvət vermək üçün əlavə eləyir: “Onsuz da onların xeyri yoxdur. Altıncı uşağı mən həmin qorunma dərmanlarını içə-içə doğmuşam”.
“Məni ölkədən qovmayın!”
Ailə nə qədər optimist görünsə də, valideynlər narahatdılar. Bu gün-sabah Elxanı ölkədən deportasiya edə bilərlər, çünki onun yaşadığı Kramatorskda qeydiyyata düşməsi bir yana dursun, Ukrayna vətəndaşlığı belə yoxdur!
Elə buna görə də hələ Albina ilə münasibətlərini qanuniləşdirə bilməyib. Və çoxuşaqlı Albina tək ana hesab olunur. Uşaqların şəhadətnaməsində ata kimi onun adı yazılıb, amma atalığını rəsmən qeydiyyatdan keçirə bilməyib.
“Məni ölkədən qovmaq olmaz! Uşaqlar mənsiz neyləyər? Axı onlar acından ölərlər? – deyə ata əlini uşaq dəstəsinə tərəf uzadır. - Evdə yeməyə bir şey olmayanda mən çayın buzunu sındırıb, əlimlə balıq tuturdum!” - bu sözləri deyən atanın gözlərində yaş gilələnir.
“İndi biz yaxşı yaşayırıq: odu, zirzəmidə 12 kisə kartof var, tərəvəzim çoxdur, hamısını özüm yetişdirmişəm. Biz çoxuşaqlı ailə olsaq da, eybi yoxdu, qoy heç kim bizə kömək eləməsin, amma heç olmasa, uşaqların atalarını əllərindən almasınlar! Mən burada həmişə vicdanla yaşamışam. Heç kimin bir kibrit çöpünə də əl vurmamışam. Ailəmi dolandırmaq üçün həmişə işləmişəm. Sənədlərimi düzəltmək üçün Azərbaycana getməyə qorxurdum, orada belə şeyləri yoluna tez qoymurlar, buradasa uşaqlar mənsiz acından ölərdi. Mənə deyəndə ki, vətəndaşlığı olmayanları deportasiya edəcəklər, qorxudan az qala ölmüşdüm. Qayığı, balıqçı torlarını satdım – hərdən uşaqlara görə qanunsuz balıq ovuna çıxdığım da olurdu! Bəzi şeyləri satdım, bəzilərini qonşulara bağışladım. Bilmirəm, bundan sonra neyləyim?”
“Ailə, uşaq və gənclər üzrə osial xidmətlər Mərkəzində bizə söz verdilər ki, kömək edəcəklər – Albina həyəcanla danışır - Bizim hamımızın Azərbaycana köçməyimiz üçün çoxlu pul lazımdır. Mənsə 3 yaşına çatmamış uşağı olan tək ana kimi ayda min qriven müavinət alıram, indi ikinci uşağın sənədlərini hazırlayıram”.
“Əgər deportasiya məsələsində bizi istisna eləsələr və balaca bir ev ayırsalar, biz elə xoşbəxt olardıq ki!” - gənc valideynlərin ən böyük arzusu budur.
Mütəxəssis sözü
Aleksandr Popurriy (inspektor):
- Haqqında danışdığınız vətəndaş 1995-ci ildən bəri ölkəmizdə təkcə sovet pasportu ilə yaşadığından, 2004-cü ildə o Ukrayna ərazisindən çıxarılmalı idi. Amma o bu qanuna tabe olmayıb və uzun müddət gizlənib. Onun Ukraynaya gəlişinə qoyulmuş beşillik qadağa sentyabrda bitir. Amma onun vəziyyətini nəzərə alaraq, biz qadağanın vaxtını uzatmayacağıq. Ümidvarıq ki, bu adamın deportasiya sənədlərini göndərdiyimiz Azərbaycan konsulluğu bu adamın Azərbaycan vətəndaşı olduğunu təsdiqləyəcək. Belə olsa, o təzə pasportla Ukraynaya gələ bilər və uşaqlarının anası ilə münasibətlərini rəsmiləşdirər, uşaqlarına öz soyadını verər. Nə qədər ki, Azərbaycan konsulluğundan bir cavab yoxdur, məsələ açıq olaraq, qalır.
Viktoriya Yakovenko, aparıcı mütəxəssis:
- Bu, asan məsələlərdən deyil. Elxan çalışır ki, onu tutmasınlar deyə, heç şəhərə də çıxmasın. O öz ailəsinin qayğısına qalır və uşaqlarını atmaq fikri yoxdur. Biz lazımi yerlərə müraciət edəcəyik ki, müvəqqəti başsız qalmalı olan ailəyə atılmış qismində uyğun yaşayış yeri tapsınlar. Albinanın səhhətini nəzərə alaraq, ona pulsuz kontrasepsiya təşkil etmək lazımdır.
Adam istəyir inansın ki, Albinanın valideynlərinin də vicdanı oyana bilər – axı onlar nəvələrinin çoxunun üzünü hələ görməyiblər.
Hazırladı: Günel

1526