Mətbuat Şurası “reket” qəzetlərin növbəti siyahısını açıqladı
17 aprel 2009 15:30 (UTC +04:00)

Mətbuat Şurası “reket” qəzetlərin növbəti siyahısını açıqladı

0
Mətbuat Şurasının katibliyinin şikayətlər komissiyası qurumun media “reket”liyi ilə mübarizə komissiyası ilə bu gün birgə iclas keçirib.

Media “reket”liyi ilə mübarizə komissiyasının sədri Vüqar Rəhimzadənin APA-ya verdiyi məlumata görə, iclasda “reket” qəzetlərin siyahısı açıqlanıb.

Siyahıya “Qanun çərçivəsi”, “Həqiqət və Reallıq”, “Azərbaycan regionları”, “7 gün +”, “Parlamentin sədası”, “Nota”, “Bizim lider”, “Müfəttiş”, “Xalq Nəzarəti +” , “Qanun və gerçəklik”, “Dövlət qanunları”, Maliyyə nəzarəti”, “Doğma Respublika”, “Reallıq”, “Media və Qanun”, “Press-inform” qəzetləri və “Korrupsiya və Cəmiyyət” jurnalı daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1478

Oxşar yazılar