Bu il Azərbaycanda AIDS-dən 12 nəfər ölüb
17 aprel 2009 15:00 (UTC +04:00)

Bu il Azərbaycanda AIDS-dən 12 nəfər ölüb

Bu ilin I rübü ərzində Azərbaycanda 129 yeni HİV-ə yoluxma faktı aşkarlanıb.

Bu barədə APA-ya Respublika QİÇS-lə Mübarizə Mərkəzindən bildirilib.

Onlardan 125-i (96,9%) Azərbaycan vətəndaşı, 4 nəfəri əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 125 Azərbaycan vətəndaşından 113-ü kişi, 12-si qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 33, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 12 nəfər olub. İlk rüb ərzində HİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşlarının 81-i inyeksion narkotik istifadəsi, 21-i heteroseksual kontakt nəticəsində, 1 nəfər uşaq anadan HİV-ə yoluxub, 22 nəfərin yoluxma yolu isə hələ müəyyənləşdirilməkdədir. HİV-ə yoluxan 125 Azərbaycan vətəndaşının 28-i Bakı və Abşeron rayonunda, 92-i respublikanın digər 29 inzibatı ərazisində qeydiyyatdadır, 5 nəfərin yaşayış yeri naməlumdur. HİV daşıyıcılarının 32 nəfəri virusa respublikadan kənarda yoluxub.


Ümumilikdə Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu ilin I rübünün sonunadək 1944 nəfərdə HİV infeksiyası təsdiq olunub. Onlardan 1869 nəfəri Azərbaycan vətəndaşı, 75 nəfəri əcnəbidir. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1576-ı kişi, 293-ü qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 382 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 251 nəfər olub.


Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu ilin I rübünün sonunadək Azərbaycanda 670 ailədə qeyd edilən virusa yoluxma faktı qeydə alınıb. Onlardan 16 ailədə ata-ana-uşaq, 135 ailədə ər-arvad, 477 ailədə yalnız kişi, 42 ailədə isə yalnız qadın yoluxub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1321

Oxşar yazılar