103046 abituriyent elektron ərizəsini təsdiq etdirib
Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatmaq üzrədir
Bu gün saat 10.00-a olan məlumata görə, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün 109 min 287 abituriyent elektron ərizəsini doldurub. Ərizələrini təsdiq etdirənlərin sayı isə 103 min 46 nəfərdir.
Lent.az-ın məlumatına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, bu günədək elektron ərizəsini dolduranların 97 min 100 nəfəri Azərbaycan, 12 min 187 nəfəri isə rus bölməsinin abituriyentləridir.
Xatırladaq ki, 2010/2011-ci tədris ili üzrə respublikanın ali və orta ixtisas məktəblərinə sənəd qəbulunun başa çatmasına cəmi üç gün qalır. Sənədlərin qəbulu və təsdiq etdirilməsi üçün son möhlət mayın 31-də saat 17.00-da başa çatacaq. Məleykə Abbaszadə bildirib ki, 28 May – Respublika bayramı ilə əlaqədar sabah Sənəd Qəbulu Komissiyaları işləməyəcək. Mayın 29-u və 31-də isə komissiyaların hər biri adi rejimdə fəaliyyətini davam etdirəcək.
Elxan SALAHOV

Oxşar yazılar

Silahı qələm olan qəhrəmanlar
7 iyul 2022 , 17:00Koronavirusdan daha bir nəfər öldü - SON STATİSTİKA
7 iyul 2022 , 16:31
Daha 30 bağça müdiri işdən çıxarıldı
7 iyul 2022 , 16:28
Meymunçiçəyindən daha 2 nəfər öldü: Uşaqlar da yoluxur?
7 iyul 2022 , 15:43
Sabah çimərliklərə gedənlərin NƏZƏRİNƏ: Hava küləkli olacaq
7 iyul 2022 , 14:46
Sığorta, yoxsa yolaverdi? - Səhiyyəmizin Bermud üçbucağı - REPLİKA
7 iyul 2022 , 14:30
Sabah bu rayonda qaz olmayacaq
7 iyul 2022 , 13:21