“Əziz Umud, səninlə fəxr edirik”
11 dekabr 2012 14:50 (UTC +04:00)

“Əziz Umud, səninlə fəxr edirik”

Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) BAMF-ın yubileyi ilə bağlı qurumun rəhbəri Umud Rəhimoğluna təbrik məktubu gəlib. BMİ-nin icraçı direktoru xanım Alison Makkenzi ünvanlandığı məktubda Beynəlxalq Avrasiya Mətbuat Fondunun 20 illik yubileyi ilə əlaqədar Beynəlxalq Mətbuat İnstitutu adından səmimi təbriklərimi çatdırıb.
Daha bir təbrik məktubu Yeni Zelandiyadan gəlib. Bu ölkədə yaşayan rusiyalı şair, BAMF-ın yaranması prosesində iştirak edən Boris Qolovin də U.Rəhimoğlunu təbrik edib. “Əziz Umud, mənim dostum, mən bilirəm sən insanlara verdiyin ümidi dəfələrlə doğrultmusan və mən, səninlə bir dost kimi fəxr edirəm! 20-ci il şanlı yubileydir və bu, hələ gənclik dövrüdür. Beynəlxalq Avrasiya Mətbuat Fondunda bu qədər gənc və istedadlı insanların olması çox gözəldir” deyə təbrikdə bildirilir.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də U.Rəhimoğluna təbrik məktubu ünvanlayaraq ona uğurlar arzulayıb.
Xatırladaq ki, BAMF 1992-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb. BMT qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BMT-nin İqtisadi- Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) üzvüdür.
# 843

Oxşar yazılar