“Azərsu” su çənlərini sökür
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxta əlavə suyun verilməsi və Yasamal rayonu ərazisində həyata keçirilən tədbirlər nəticəsində bu rayonda daimi içməli su alan istehlakçıların xüsusi çəkisi artıq 75 %-i keçib.
Bu ilin noyabr ayında “+160 Qərb” su anbarından başlayaraq Akim Abbasov küçəsi boyunca çəkilmiş 700 mm diametrli yeni magistral xəttin mövcud şəbəkəyə qoşulması nəticəsində Azərbaycan və Mətbuat prospektlərinin, H.Zərdabi, A.Abbasov, Z.Xəlilov, Ə.Cəmil, Ş.Mehdiyev, T.Şahbazi, İ.Qutqaşenli, Ə.Haqverdiyev, H.Cavid, M.Müşfiq küçələrindəki 120-yə yaxın binaya və ərazidəki həyət evlərinə fasiləsiz rejimdə içməli su vermək mümkün olub. Bununla da həmin ərazidəki 7100 abunəçi və ya 21500 sakin 24 saat içməli su ilə təchiz edilib. Yeni kəmərlə su təchizatının özüaxımlı rejimdə aparılması Yasamal rayonu ərazisində 42 məhəllədaxili nasos stansiyasının fəaliyyətinin dayandırılmasına imkan verib. Fasiləsiz su təminatına keçiddən sonra ərazidəki yaşayış binalarının damında əhali tərəfindən quraşdırılmış su çənlərinin ləğv edilməsi qərara alınıb. Yasamal rayon Sukanal Departamenti, bələdiyyə və mənzil istismar sahələrinin əməkdaşları yaşayış binalarına baxış keçirib, müxtəlif həcmdə metal və plastik su çənləri, su xətləri kəsilərək ləğv olunub. Su çənləri və bu kimi qurğuların kəsilərək ləğv olunması işləri hazırda da davam etdirilir. Yasamal rayonunun adıçəkilən ərazilərinə içməli suyun özüaxımlı rejimdə verilməsi və nasos stansiyaların fəaliyyətinin dayandırılması elektrik enerjisindən imtinaya gətirib çıxarıb. Təkcə bu tədbirlər nəticəsində “Azərsu” ASC hər ay 80 min kvt/saat elektrik enerjisinə qənaət edəcək.
“Azərsu” ASC abunəçilərdən xahiş edir ki, fasiləsiz su təchizatı ilə əlaqədar binaların damlarındakı su çənlərinin ləğv edilməsinə şərait yaratsınlar. Aparılmış monitorinqlər göstərir ki, həmin çənlərin bir çoxunda əks klapanlar quraşdırılmadığından çənlər dolduqdan sonra içməli su birbaşa kanalizasiya şəbəkəsinə axır. Bəzi abunəçilərin sayğacının olmaması səbəbindən, bəzilərinin isə çənləri sayğacdankənar xətlərdən qidalandığından belə halda israfçılıqla axıdılan suyun uçotunu aparmaq mümkün olmur.
Qeyd edək ki, “Azərsu” ASC Bakının Binəqədi, Nərimanov, Suraxanı, Nizami, Xətai və Sabunçu rayonlarında da fasiləsiz su təchizatının aparılması üçün tədbirlər görür.

3001