Müəllimlər üçün təlimlər keçiriləcək
16 noyabr 2012 16:40 (UTC +04:00)

Müəllimlər üçün təlimlər keçiriləcək

Təhsil Nazirliyi yeni fənn kurikulumlarının tətbiqi işinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirləri uğurla davam etdirir. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 2013-2014-cü tədris ilində V və VI sinif şagirdlərinə dərs deyəcək və bu günədək təlimdən keçməyən fənn müəllimləri üçün təlimlərin keçirilməsi planlaşdırılır.

Məlum olduğu kimi, ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumları hazırlanaraq təsdiq edilib. Artıq orta məktəblərin I-V siniflərində yeni fənn kurikulumlarının tətbiqi uğurla həyata keçirilməkdədir.

Onu da qeyd edək ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində yeni ixtisasartırma modeli əsasında həyata keçiriləcək təlimlər yeni fənn kurikulumlarının tətbiqi sahəsində müəllimlərin nəzəri və praktik hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət edir.

Qeyd olunan təlimlərin keçirilməsinə 2013-cü ilin iyunundan başlanacaqdır.
# 1241

Oxşar yazılar