Bakıda daha bir neçə yol bağlanıb
12 noyabr 2012 14:55 (UTC +04:00)

Bakıda daha bir neçə yol bağlanıb

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Nobel prospektindən şəhər istiqamətində M.Mirzəyev küçəsi ilə S.Əhmədov küçəsinin kəsişməsində zolaqların rənglənməsi ilə əlaqədar iki zolaq müvəqqəti olaraq bağlıdır.

Bundan başqa təmir işlərinin aparılması ilə əlaqədar olaraq Füzuli meydanından Rəsul Rza küçəsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Sürücülərdən həmin istiqamətdə hərəkət edərkən diqqətli olmaları xahiş olunur.

Nizam RZA
# 1664

Oxşar yazılar