“Çudo Peçka” “Uşaq Evlərində Doğum Günü” keçirir
Valideyn qayğısından məhrum olmuş uşaq nələr arzulaya bilər? Bəs biz onların arzularını reallaşdırmaq üçün nələr edə bilərik? Bu suala cavab vermək çətindir, axı, o arzular çox müxtəlifdir. Ancaq uşaqların ümumi istəkləri də var. Onlardan biri şirniyyatdır. Şirniyyata olan sevgi insanda uşaq vaxtından yaranır və ömür boyu onu tərk etmir. Şirniyyat yemək üçün isə bəzən səbəblər və bəhanələr axtarılır. Ən çox şirniyyat isə doğum günlərində yeyilir...
“Çudo Peçka” “Uşaq Evlərində Doğum Günü” adlı layihəyə başlayıb. Şirkət bundan sonra hər ay bir neçə uşaq evi və internatda uşaqlar üçün şənlik keçirəcək. Eyni ayda doğulan uşaqlar üçün həmin ayın sonunda ümumi ad günü yığıncağı təşkil edəcək.
İlk belə tədbir Abşeron rayon Saray qəsəbə 7 saylı uşaq internat evində keçirilib. Oktyabrda ad günü olan 6 uşaq üçün şirniyyat süfrəsi açılıb. Doğum günü uşaqlarının adına xüsusi tort hazırlanıb. İnternatda qalan 140-a yaxın uşaq isə səbəbkarların başına toplaşıb onları təbrik ediblər və ad günlərini birlikdə qeyd ediblər. Uşaqlar “Çudo Peçka”nın klounları ilə rəqs edib, doyunca əyləniblər. İnternat evinin rəhbərliyi uşaqları sevindirdikləri, onlara fərqli bir gün yaşatdıqları üçün “Çudo Peçka” şirkətinə təşəkkür edib.
“Çudo Peçka” şirkəti “Uşaq Evlərində Doğum Günü” layihəsini davamlı keçirəcəyini bildirib. Layihəyə görə, seçilmiş bir neçə kimsəsiz uşaqlar evi və internatlara hər ayın sonları baş çəkiləcək və oxşar tədbirlər təşkil ediləcək. Əsas məqsəd isə uşaqlara şirin anlar bəxş etməkdir.

Oxşar yazılar

Pul tezliklə çay kimi axacaq: Şanslı BÜRCLƏR kimlərdir?
8 iyul 2025 , 00:02
Gənc şair Həsən Kür vəfat etdi
7 iyul 2025 , 23:53
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradıldı
7 iyul 2025 , 18:41
Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC
7 iyul 2025 , 18:35
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
7 iyul 2025 , 17:01
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir
7 iyul 2025 , 15:13