Nuşirəvan Məhərrəmli: “Aparıcılar ədəbi dili bilmirlər”
18 oktyabr 2012 16:42 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli: “Aparıcılar ədəbi dili bilmirlər”

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb. Lent.az-ın məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli qurumun bu gün keçirilən iclasında bildirib ki, bu gün televiziyalarda əsas problem aparıcıların dilimizi aşağı səviyyədə bilməsidir: “Problem əsasən şou-biznes sahəsindədir. Birmənalı şəkildə aparıcılar ədəbi dili bilmirlər. Onlar xalq arasında necə danışırlarsa, efirdə də o cür çıxış edirlər”.

Monitorinqlər "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi çərçivəsində avqust-sentyabr aylarında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən ANS, Xəzər, ATV, Lider və Space telekanallarında aparılıb.

Jalə
# 1353

Oxşar yazılar