Qızdırıcılar, qaz sobaları xüsusi diqqət mərkəzində saxlanılacaq
18 oktyabr 2012 12:53 (UTC +04:00)

Qızdırıcılar, qaz sobaları xüsusi diqqət mərkəzində saxlanılacaq

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov söyləyib.

Əbülfət İmanov deyib ki, bu məsələ xüsusi diqqət mərkəzində saxlanılacaq. Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Mahir Yusubov isə bildirib ki, İranda istehsal edilən sobalar borudakı təzyiqə uyğundur, sadəcə, istismar qaydalarının gözlənilməsi lazımdır: “Əgər yazılıbsa ki, boruya qoşulmalıdır, deməli, boruya qoşulmalıdır. Yoxsa bir qaba su qoyub, ona qoşmaq olmaz. O halda da hadisə baş verəcək”.

Ramiz
# 1687

Oxşar yazılar