Azərbaycanda elektron dərman kataloqu: dermaninfo.az
Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçən bütün dərman preparatlarının haqqında geniş informasiyalar, o cümlədən dərmanların içlikləri, şəkilləri, satış qiymətləri, qeydiyyat tarixini əhatə edən məlumatların elektronlaşmasına başlanıb.
APA-nın məlumatına görə, dərmanların elektron kataloqu dermaninfo.az adlı yeni xəbər portalına yüklənir.
Dermaninfo.az portalının rəhbəri və təşkilatçısı, tibbi jurnalist Ramil Nəcəfli bildirib ki, elektron dərman kataloqu üzərində bu ilin may ayından iş aparılır: “Əvvəlcə biz bu sahədə dünya praktikasını öyrəndik. Xüsusən bizə yaxın olan Rusiya və Türkiyə təcrübəsini mənimsədik. Həmin ölkələrdə belə tip elektron kataloqları tibbi yönümlü media qurumları, peşəkar assosiasiyalar hazırlayır. Azərbaycanda dərmanların elektron kataloqunun olmaması acınacaqlı haldır. Günümüzdə olduqca aktuallıq kəsb edir. İnsanlar satışda olan dərmanlar haqda bilgi əldə edə bilmir. Apteklərdə və ya pərakəndə şəbəkələrdə çox dərmanlar satılır. Lakin bu dərmanın qanuni qeydiyyatda olub-olmaması, orijinal və ya saxta üsulla istehsal edilməməsi barədə bilgi əldə etmək çox çətindir. Düşündük ki, bu məqsədə xidmət edən ən üstün vasitə məhz elektron dərman kataloqunun yaradılmasıdır. Öz potensialımıza arxalanaraq Səhiyyə Nazirliyinə müraciət edib belə bir məsuliyyətli yükü öz üzərimizə götürdük. Onu da deməliyəm ki, dərman kataloqunun hazırlanması “Dərman vasitələri haqqında” qanunun tələbidir”.
Artıq 2012-ci ilin sonunda dermaninfo.az-da rəsmi qeydiyyatdan keçən 3700-ə yaxın dərman preparatı barədə məlumatları almaq mümkün olacaq. Sayt Azərbaycan dilində fəaliyyət göstərəcək.

Oxşar yazılar

Sabahın hava PROQNOZU
22 iyul 2025 , 12:37
Naxçıvanda APA Media Qrupun əməkdaşları təltif olundu
22 iyul 2025 , 11:44
İsti havada tər qoxusundan qurtulmağın YOLLARI
22 iyul 2025 , 11:20
Bəzi rayonlara yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
22 iyul 2025 , 10:45
Xəzər dənizinin səviyyəsi rekord dərəcədə aşağı enib
22 iyul 2025 , 10:08
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
22 iyul 2025 , 08:14
84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 01:02