Güclü külək mülayimləşəcək
13 oktyabr 2012 00:10 (UTC +04:00)

Güclü külək mülayimləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 15-18, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 12-dən 13-nə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

İstirahət günlərində hava şəraiti dəyişkən buludlu olacaq. Güclü şimal küləyinin 13-ü axşama doğru mülayimləşəcəyi, 14-də isə zəif və mülayim cənub küləyi ilə əvəz olunacağı gözlənilir.
# 672

Oxşar yazılar