Misir Mərdanov: “Ölkəmizin 5 ali məktəbində...” - FOTO
09 oktyabr 2012 17:06 (UTC +04:00)

Misir Mərdanov: “Ölkəmizin 5 ali məktəbində...” - FOTO

Təhsil naziri Misir Mərdanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn ilə görüşüb. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. M. Mərdanov təhsil sahəsində Azərbaycanla Koreya arasında son illər genişlənməkdə olan əlaqələrdən söz açıb. Təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir iki ölkə arasında tələbə mübadiləsinin ilbəil artdığını, hazırda 70 nəfərdən artıq azərbaycanlı gəncin Koreya universitetlərində təhsil aldığını diqqətə çatdırıb:Azərbaycanda təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirilən bir sıra layihələrdə Koreya ilə əməkdaşlıq mövcuddur. Ölkəmizin 5 ali məktəbində koreyaşünaslıq üzrə tədris aparılır”.
Çoi Suk-İn səmimi qəbula görə minnətdarlığını ifadə edib. Ölkəsinin Azərbaycanla elm və təhsil sahəsində sıx əlaqələr qurmağa xüsusi önəm verdiyini açıqlayan səfir tələbə mübadiləsinin ikitərəfli əlaqələrin inkişafındakı rolundan danışıb. Görüşdə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.
# 1885

Oxşar yazılar