Temperatur 4-6 dərəcə enəcək
10 oktyabr 2012 00:10 (UTC +04:00)

Temperatur 4-6 dərəcə enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 15-18, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Oktyabrın 9-u axşam və 10-da Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənməsi ilə əlaqədar temperatur rejimində dəyişiklik gözlənilir. Belə ki, ötən günlərlə müqayisədə temperatur 4-6 dərəcə aşağı enərək 19-24 dərəcə isti təşkil edəcək.
# 1499

Oxşar yazılar