Elmar Məmmədyarov özbək naziri qəbul edib
08 oktyabr 2012 18:33 (UTC +04:00)

Elmar Məmmədyarov özbək naziri qəbul edib

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib.

Elmar Məmmədyarov ölkələrimiz arasında xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məqsədilə iki ölkənin işgüzar dairələri arasında təmasların artırılmasını və birgə layihələrin həyata keçirilməsini əhəmiyyətli sayıb. O, ölkələr arasında investisiyaların və ikitərəfli ticarət həcminin artırılmasının iki ölkə arasındakı münasibətlərin genişlənməsinə töhfə verəcəyini bildirib. Elyor Qəniyev öz növbəsində Azərbaycana Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin dinamik inkişafından məmnun olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda yüksək iqtisadi inkişafın müşahidə edildiyini və ölkəsinin Azərbaycanla iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
# 537

Oxşar yazılar