Sabit hava şəraiti davam edəcək
09 oktyabr 2012 00:10 (UTC +04:00)

Sabit hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru güclənəcək. Havanın temperaturu gecə 19-22, gündüz 27-32, axşama doğru 24-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Oktyabrın 9-10-da Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, eyni zamanda hava şəraitinin küləkli keçməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Oktyabrın 11-12-də oksigenlə zəngin hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişlidir.
# 762

Oxşar yazılar