
Binəqədidə səyyar əmək birjası təşkil edilib - FOTO
Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Məşğulluq Mərkəzi tərəfindən 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 15A saylı binanın həyətində səyyar əmək birjası təşkil edilib. Lent.az-ın məlumatına görə, RİH başçısının müavini Vüsal İsmayılovun, Bakı Şəhər Məşğulluq İdarəsinin rəisi Şəfa Əliyevin, Məşğulluq Mərkəzinin mütəxəssisləri ilə yanaşı, sosial yönümlü müxtəlif idarə və təşkilatların nümayəndələrinin də iştirak etdiyi əmək birjasında iş axtaran vətəndaşlara müasir texnologiyalar əsasında Binəqədi rayonu ərazisində mövcud olan 807 boş iş yeri haqqında məlumatlar təqdim edilib, maarifləndirici bukletlər və informasiyalar verilib. Eyni zamanda, işaxtaranlara peşəyönümü haqqında və peşə kursları barədə məlumatlar da çatdırılıb.
Ümumilikdə tədbirdə 120-yə yaxın rayon sakini iştirak edib, 17 nəfər peşə kurslarına istiqamətləndirilib, 21 nəfərə isə işə düzəlməsi üçün göndəriş verilib.
Ümumilikdə tədbirdə 120-yə yaxın rayon sakini iştirak edib, 17 nəfər peşə kurslarına istiqamətləndirilib, 21 nəfərə isə işə düzəlməsi üçün göndəriş verilib.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06