Daha bir broylerdə qanunsuzluq aşkar edilib - FOTO
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Sahib Abbasova məxsus broyler müəssisəsində dövlət nəzarəti aparılıb. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, müəssisədə istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, cücənin tüklərdən, içalatdan təmizlənməsi sahəsi, kəsim sahəsi sanitariya normalarına cavab vermir, broyler cücə əti və toyuq içalatında bağırsaq çöpü qrupundan olan bakteriyalar aşkar edilib. Müəssisədə istehsal olunan məhsullar üçün müvafiq normativ sənədlər üzrə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat yoxdur.
Bundan başqa, müəssisdə halal məhsul istehsalı üçün mövcud normativ sənəd AZS 372-2012 “Halal” ət məhsulları standartının tələblərinə əməl olunmadığı halda məhsullar “Halal” məhsul kimi təqdim edilməsi aşkar olunub.
Müəssisənin inkubatoruna baxış zamanı heç bir sertifikatı və mənşə sənədləri olmayan bildirçin yumurtaları aşkar edilib. Həmçinin müəssisə tərəfindən “Murad Agro” MMC və “Maştağa Broyler” MMC üçün kəsimin həyata keçirildiyi müəyyən olunub. Bu məhsullar müəssisənin soyuducu anbarından aşkar edilib. Toyuq yeminə qatılan enzimin, lizinin, metianinin, müxtəlif vitaminlərin mənşə sənədləri və sertifikatları, həmçinin inkubasiya üçün Türkiyədən alınmış yumurtaların mənşə sənədləri və sertifikatları da araşdırmaya təqdim edilməyib.
Aşkar olunan nöqsanlara görə fiziki şəxs Sahib Abbasova məxsus sexdə broyler cücə ətinin və toyuq içalatının istehsalı və satışı qadağan edilib.
Jalə

Oxşar yazılar

Üzü günəşə doğru - İnternat hekayələri - I HİSSƏ-VİDEO
10 aprel 2025 , 21:23
Taksi sürücülərinə 10 saatdan artıq işləmək qadağan edilməlidir - HÜQUQŞÜNAS
10 aprel 2025 , 20:23
Bu məşhur corablar ayaqlara çox ZƏRƏR VERİR
10 aprel 2025 , 19:06
Leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA
10 aprel 2025 , 18:17
Sabah Zaqatalanın bu kəndinin qazı kəsiləcək
10 aprel 2025 , 17:42
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
10 aprel 2025 , 17:29
Yuxusuzluq insanları qocaldır - TƏDQİQAT
10 aprel 2025 , 16:05