Allahşükür Paşazadə: “...zərbə vurmağa çalışırlar” - FOTO
0
0
Respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük seminar-treninq işinə başlayıb. DQİDK-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Oğuzda təşkil olunan konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Canrolad Musayev, akademik Vasif Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər. Seminar-treninqdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayəndə iştirak edir. Tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub. Seminar-treninqi giriş sözü ilə açan komitə sədri E. İsgəndərov ölkə dindarlarının müasir dövrün tələbləri ilə ayaqlaşmalarının zəruriliyini vurğulayıb. O, Azərbaycanda yüksək səviyyədə olan “Dövlət-din” münasibətlərinin daha da təkmilləşdirilməsinin vacibliyini önə çəkib. E. İsgəndərov bildirib ki, maarifləndirmə komitənin fəaliyyətində əsas istiqamət olacaq.
Daha sonra seminar iştirakçılarına şeyxülislam Hacı Allahşükür Paşazadə müraciət edib. O bildirib ki, bəzi xarici qüvvələr Azərbaycanda daim yüksək səviyyədə olan dini tolerantlıq ab-havasına zərbə vurmağa çalışırlar. Bunun qarşısını almaq üçün də istər bölgədə, istərsə də ölkənin digər regionlarında din xadimləri diqqətli olmalıdırlar, maarifləndirmə prosesinə xüsusi həssaslıqla yanaşmalıdırlar.
Qeyd edək ki, tədbir 2 gün davam edəcək.

Oxşar yazılar

Səmərqəndə uçan təyyarə Bakıda təcili eniş etdi
4 sentyabr 2025 , 09:38
Bakının bu rayonunda qaz olmayacaq
4 sentyabr 2025 , 09:13
Bu gündən daha şanslı dövrə qədəm qoyacaq 3 BÜRC
4 sentyabr 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 sentyabr 2025 , 08:24
Putindən Azərbaycan və Rusiya əlaqələri haqqında AÇIQLAMA
3 sentyabr 2025 , 19:21
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
3 sentyabr 2025 , 18:57
Yalnız 4 BÜRC sentyabrda gəlirlərini artıra bilər: onların arasında varsınız
3 sentyabr 2025 , 18:42