Bakıda şadlıq evində təhlükəli qida
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64/3 ünvanında fəaliyyət göstərən “Arzu-A” MMC-yə məxsus “Arzu” şadlıq evində istehlakçılara təqdim olunan məhsulların normativ sənədlərə uyğunluğunu, keyfiyyət və təhlükəsizliyini müəyyən etmək məqsədilə dövlət nəzarəti həyata keçirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şadlıq evində aparılmış araşdırma zamanı müəyyən olunub ki, müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar “QOST 30390-95” (bənd 5.1) və “AZS 126-2005” (bənd 4.1) tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır.
Kulinar məmulatlar peşəkar olmayan aşbazlar tərəfindən resepturalar və kalkulyasiya olmadan hazırlanır. Bundan başqa şadlıq evinin anbarında məhsulların saxlanma rejiminə riayət olunmur və anbar psixrometrlə təmin olunmayıb. “Arzu” şadlıq evindən seçilmiş məhsul nümunələrindən “mimoza” salatının Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi göstərib ki, məhsul “mezofil aerob” və “fakultativ-anaerob” mikroorqanizmlərin aşkar edilməsinə görə normativ sənəd “QOST 30390-95” standartının tələbinə uyğun deyildir. Faktla bağlı inzibati qaydada protokol tərtib edilib. Müəssisədə araşdırma davam edir.

Oxşar yazılar

Agentlik: “News24.az”-də manipulyativ başlıqlara rast gəlinməkdədir
3 avqust 2025 , 18:27
Laçında ayı balası-FOTO
3 avqust 2025 , 13:46
132 yaşlı qadın öldü: Üç tarixi dövrün şahidi idi, 100-dən çox nəvəsi var
3 avqust 2025 , 12:37
41 dərəcə isti olacaq - SABAHIN HAVASI
3 avqust 2025 , 12:05
Şəhid atası vəfat etdi
3 avqust 2025 , 09:25
Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22