Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müsabiqə elan edib
Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni saytının yaradılması ilə bağlı təkliflərin qəbul olunması və loqo seçimi üçün müsabiqə elan olunması məqsədilə mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli bildirib ki, ilk dəfə olaraq dövlət qurumu öz loqo müsabiqəsini keçirmək üçün qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edir. Belə ki, Dövlət Komitəsinin loqo müsabiqəsinin təşkili Müasir İnkişaf İctimai Birliyinə həvalə edilib.
Loqonun konsepsiyası barədə məlumat verən İctimai Birliyin sədri Mübariz Göyüşlü qeyd edib ki, loqo Azərbaycanda müxtəlif dinlərin mövcudluğunu, onların təmsilçilərinin dinc, birgəyaşayışını, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin tolerantlıq modelini tərənnüm edən, dünyaya nümunə ola biləcək şəkildə tanıtmalı və təbliğ etməlidir.
Bununla yanaşı Loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi məqamlar öz əksini tapmalıdır. 35 yaşa qədər, yaradıcı və aktiv gənclər müsabiqədə iştirak edə bilər. O da qeyd edilmişdir ki, loqonun eskizi A4 formatda kağızda və CD disk şəklində təqdim edilməlidir. Loqonun müsabiqəsinin qalibi 500 manat və Dövlət Komitəsinin diplomu ilə mükafatlandırılacaq.
Daha sonra Dövlət Komitəsinin mətbuat katibi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni rəsmi saytının hazırlanması ilə bağlı açıqlama verib. Bildirib ki, dini icmalar, mətbuat və ictimaiyyətin ehtiyac duyduğu məlumatları daha asan və dəqiq şəkildə tapması üçün Dövlət Komitəsi yeni rəsmi saytının hazırlanmasına qərar verib. O. Əli onu da qeyd edib ki, dini icmalar, ictimaiyyət nümayəndələri və jurnalistlər yeni saytın hazırlanması ilə bağlı fikir və təkliflərini qeyd edə bilərlər.
Mətbuat katibi Dövlət Komitəsinin Facebook və Twitterdə rəsmi səhifələrinin yaradıldığını da bildirib, fikir və təkliflərin orada əks oluna biləcəyini vurğulayıb.
Qeyd edək ki, müsabiqə 21 sentyabrdan başlayaraq, oktyabrın 5-ə qədər davam edəcək.

Oxşar yazılar

Agentlik: “News24.az”-də manipulyativ başlıqlara rast gəlinməkdədir
3 avqust 2025 , 18:27
Laçında ayı balası-FOTO
3 avqust 2025 , 13:46
132 yaşlı qadın öldü: Üç tarixi dövrün şahidi idi, 100-dən çox nəvəsi var
3 avqust 2025 , 12:37
41 dərəcə isti olacaq - SABAHIN HAVASI
3 avqust 2025 , 12:05
Şəhid atası vəfat etdi
3 avqust 2025 , 09:25
Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22