Orta ixtisas təhsili müəssisələrinə test imtahanının nəticələri açıqlandı
04 sentyabr 2012 12:57 (UTC +04:00)

Orta ixtisas təhsili müəssisələrinə test imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, abituriyentlər TQDK-nın saytına daxil olaraq, iş nömrələrini və şifrələrini daxil edərək imtahanın nəticələrini öyrənə bilərlər.


Qeyd edək ki, TQDK sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib. Qəbul imtahanı Bakı şəhəri ilə yanaşı Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində də keçirilib. Qəbul imtahanında iştirak etmək üçün 35677 abituriyent ərizə təqdim edib.
# 1125

Oxşar yazılar