235 müəllim işə qəbul olunub
14 avqust 2012 10:41 (UTC +04:00)

235 müəllim işə qəbul olunub

6-10 avqust tarixlərində ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş ingilis dili imtahanının nəticələri məlum olub. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İmtahanın nəticələrinə görə, 235 nəfər ingilis dili müəllimi işə qəbul edilib. Onu qeyd edək ki, avqustun 13-dən ibtidai sinif müəllimlərinin imtahanına başlanılıb. Avqustun 18-dək davam edəcək bu imtahanda 3764 nəfər namizəd 143 vakant yer üzrə mübarizə aparacaq.
# 1670

Oxşar yazılar