"Azəriqaz"ın yeni baş direktoru kimdir? - DOSYE
01 noyabr 2019 16:53 (UTC +04:00)

"Azəriqaz"ın yeni baş direktoru kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru təyin olunub.

Lent.az Ruslan Əliyevin dosyesini təqdim edir.

Əliyev Ruslan Yusif oğlu 13 sentyabr 1978-ci ildə Yevlax rayonunun Marzılı kəndində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasının İstilik energetikası fakültəsində bakalavr, 1999-2001-ci illərdə Energetika və enerjimaşınqayırma istiqaməti üzrə magistr, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb. 2010-cu ildə araşdırdığı elmi işi müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Bundan başqa Ruslan Əliyev 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə təhsil alıb. 2016-cı ildə elmlər doktoru proqramı üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetində dissertanturaya qəbul olub. 1999-2006-cı illərdə “Azenerji” ASC-də, 2006-2015-ci illərdə SOCAR-ın ayrı-ayrı təşkilatlarında müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən 01.11.2019-cu ilə qədər “Azəriqaz” İB-nin Baş direktorunun Satış və İstismar üzrə müavini işləyib. Müxtəlif elmi jurnallarda 50-yə yaxın elmi məqalələri dərc olunub.

Ruslan Əliyev fəaliyyəti müddətində əldə etdiyi nailiyyətlərə görə, 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif olunub.

Evlidir, üç övladı var.

Qeyd edək ki, Əkbər Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən çıxarılaraq, Qaz İxrac İdarəsinin rəisi təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2590

Oxşar yazılar

75 santimetr  qar yağıb, 20 dərəcə  şaxta var - FAKTİKİ HAVA

75 santimetr qar yağıb, 20 dərəcə şaxta var - FAKTİKİ HAVA

1 mart 2025 , 09:50
 Mart ayında   bu BÜRCLƏR üçün  pul axacaq 

Mart ayında bu BÜRCLƏR üçün pul axacaq 

1 mart 2025 , 09:09
Psixoloqların işə qəbulu imtahanı təxirə salındı

Psixoloqların işə qəbulu imtahanı təxirə salındı

1 mart 2025 , 01:37
Ramazan ayı  başladı

Ramazan ayı başladı

1 mart 2025 , 00:01
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

28 fevral 2025 , 20:34
Sabah  güclü maqnit qasırğası   olacaq - XƏBƏRDARLIQ

Sabah güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

28 fevral 2025 , 19:31
Bakıya  qar yağır   - FAKTİKİ HAVA

Bakıya qar yağır - FAKTİKİ HAVA

28 fevral 2025 , 18:42
Azərbaycanda 110 minə  təsbeh satılır

Azərbaycanda 110 minə təsbeh satılır

28 fevral 2025 , 18:13