Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.
Lent.az-ın Müdafiə nazirliyinin saytına istinadən məlumatına görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 3-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.
İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır.