Azay Quliyevin “Rossiyaskaya qazeta”da müsahibəsi dərc olunub
01 avqust 2013 11:31 (UTC +04:00)

Azay Quliyevin “Rossiyaskaya qazeta”da müsahibəsi dərc olunub

Rusiyada nəşr edilən “Rossiyaskaya qazeta”nın 30 iyul tarixli sayında (http://www.rg.ru/2013/07/30/npo.html) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə geniş müsahibə dərc olunub.

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Miilli donor” adlanan yazıda Azərbaycanda III sektorun inkişaf mərhələləri, Şuranın fəaliyyəti, QHT donor münasibətlərindən bəhs edilib.

Beynəlxalq əməkdaşlıq mövzusuna da toxunan Şura sədri Rusiya Federasiyası və Türkiyənin QHT-ləri ilə qurulan qarşılıqlı faydalı əlaqələrdən danışıb. Azay Quliyev Şuranın bu il ilk dəfə olaraq xarici QHT-lər üçün elan etdiyi maliyyə müsabiqəsi haqqında da geniş məlumat verib. Azay  Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin prioritetlərindən danışarkən demokratiya, insan hüquqları, Azərbaycanın təbliğatının xaricdə aparılması, Qarabağ probleminin həllində təşəbbüslərin dəstəklənməsi və digər mövzuları önə çəkərək ölkəmizin keçdiyi inkişaf yolunun qürurverici olduğunu vurğulayıb.

 

# 361
avatar

Oxşar yazılar