ATƏT sədri İrəvanda Dilgəm və Şahbazın qaytarılması məsələsini qaldıracaq
01 iyun 2015 15:49 (UTC +04:00)

ATƏT sədri İrəvanda Dilgəm və Şahbazın qaytarılması məsələsini qaldıracaq

 

 

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç İrəvanda Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsini qaldıracaq.

 

APA-nın məlumatına görə, bu barədə o, xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. “Nazir Elmar Məmmədyarovun həmin şəxslərin azad olunması barədə təklifini ermənistanlı həmkarıma çatdıracağam. Onunla danışıqların nəticəsini isə azərbaycanlı həmkarıma bildirəcəyəm”, - deyə ATƏT sədri qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136

Oxşar yazılar