Tramp  vaxt verdi:   Bütün girovlar azad edilməsə, qiyamət qopacaq
11 fevral 2025 13:26 (UTC +04:00)

Tramp vaxt verdi: Bütün girovlar azad edilməsə, qiyamət qopacaq

ABŞ prezidenti Donald Tramp şənbə günü saat 12:00-a qədər Qəzzada bütün girovlar azad edilməsə, atəşkəs razılaşmasını ləğv edəcəyini açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Qiyamət qopacaq” xəbərdarlığını edən Tramp “Misir və İordaniya qaçqınları qəbul etməsə, yardımları kəsəcəm” deyərək açıq şəkildə hər iki ölkəni hədələyib. 

Tramp bir sıra icra sərəncamları imzalayarkən jurnalistlərə bildirib ki, qərar son nəticədə İsraildən asılıdır. Lakin o, qalan girovlar azad edilməsə, "qiyamət qopacaq" deyə xəbərdarlıq edərək, onların çoxunun öldüyündən qorxduğunu bildirib. Tramp həmçinin, "Mən öz adımdan danışıram. İsrail bunu ləğv edə bilər" deyib. 

Tramp “Misir və İordaniya qaçqınları qəbul etməsə, yardımı kəsəcəyəm” deyərək iki ölkəni hədəfə alıb və “Şənbə günü saat 12:00-a qədər Qəzzada olan bütün girovlar azad edilməsə, atəşkəsi ləğv edəcəm” deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314

Oxşar yazılar