Suriyadan Azərbaycana  daha 11 nəfər   gətirildi
31 oktyabr 2023 18:39 (UTC +04:00)

Suriyadan Azərbaycana daha 11 nəfər gətirildi

Suriyadan daha 11 nəfər Azərbaycana gətirilib.

Xarici İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Prezidentinin 2023-cü il oktyabrın 28-dəki 2336 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq, oktyabrın 31-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 9-u uşaq və 2-si qadın olmaqla 11 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası keçirilib.

İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan  vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, onların Türkiyə ərazisinə keçidi təmin olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyi müvafiq əlaqələndirmə işi aparmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.

31 oktyabr 2023-cü ildə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5196
avatar

Oxşar yazılar