Rusiya vətəndaşlarının  Azərbaycanda qalma qaydaları   sərtləşdirildi
29 dekabr 2024 18:43 (UTC +04:00)

Rusiya vətəndaşlarının Azərbaycanda qalma qaydaları sərtləşdirildi

Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilib. Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 1 il ərzində 180 gündən 90 günə azaldılıb.

Lent.az xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycana gələn Rusiya  vətəndaşlarının və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir neçə gün bundan əvvəl açıqlamasında bildirib ki, Rusiyanın müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 2025-ci il yanvarın 1-dən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. O həmçinin bildirib ki, qaydalara əsasən həmçinin xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865
avatar

Oxşar yazılar