Putinin qanuni varisi   Ukraynadakı müharibənin əleyhinədir – Keçmiş deputat
04 may 2022 15:34 (UTC +04:00)

Putinin qanuni varisi Ukraynadakı müharibənin əleyhinədir – Keçmiş deputat

Əgər Rusiya prezidenti Vladimir Putinin yerinə onun konstitusion varisi, baş nazir Mixail Mişustin hakimiyyətə gəlsə, o, Ukraynada döyüşləri dayandırmağa çalışacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, Dövlət Dumasının keçmiş deputatı ilya Ponomaryovun fikrincə, Mişustin indi Ukraynadakı müharibənin əleyhinədir.

"...Mən onu şəxsən çox yaxşı tanıyıram. Mən 99 faiz əminəm ki, o, indi bu müharibəyə qarşıdır. O, texnokratdır və Putinə qarşı aktiv şəkildə heç nə etməyəcək, lakin heç vaxt belə bir şey etməzdi”, - Ponomaryov vurğulayıb.

Mixail Mişustin

Onun sözlərinə görə, hazırkı baş nazir Rusiyanın başında dayanarsa, “onda təbii ki, o, hansısa yolla bu vəziyyətdən çıxmağa və hərbi əməliyyatları dayandırmağa çalışacaq”.

Ponomaryov xəbərdarlıq edib ki, Mişustin daha çox prezidentin dəyişdirilməsində və Ukraynada müharibənin dayandırılmasında maraqlıdır.

Bundan əvvəl İlya Ponomaryov demişdi ki, Rusiya Konstitusiyasına görə, Vladimir Putinə nəsə olarsa, o zaman ölkəyə indiki baş nazir rəhbərlik edəcək - indi bu, Mixail Mişustindir.
 

# 3192
avatar

Oxşar yazılar