Praqmatik siyasət, bərabərhüquqlu münasibətlər: Və ya geosiyasi reallıqları nəzərə alanda
03 mart 2022 17:15 (UTC +04:00)

Praqmatik siyasət, bərabərhüquqlu münasibətlər: Və ya geosiyasi reallıqları nəzərə alanda

Ukraynada baş verənlər bir vacib məqamı, Azərbaycanın nə dərəcədə doğru və düşünülmüş siyasət yürütdüyünü bir daha təsdiqlədi.

Bu gün Ukraynada yaşananlar Azərbaycan üçün də ola bilərdi, biz nəinki 44 günlük müharibədə əldə etdiklərimizi, ümumiyyətlə müstəqilliyimiz və dövlətçiliyimizi itirə bilərdik 

Amma Prezident İlham Əliyev bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla həm ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, həm də ölkə mümkün geosiyasi kataklizmlərdən sığortaladı 

Müasir dövrdə ölkəni və xalqı böyük təlatümlərdən sığortalamaq üçün düşünülmüş, praqmatik, ağıllı siyasət, qlobal və geosiyasi reallıqları nəzərə almaq çox zəruridir. 

Bu gün Azərbaycan həm Türkiyə ilə, həm Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqla ən çətin dövrdə özünün təhlükəsizliyinə zəmanət alıb. Postsovet məkanında ikinci belə ölkə yoxdur.

Baş Komandan İlham Əliyevin apardığı düzgün, düşünülmüş siyasət nəticəsində 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan düşmən tapdağına məruz qalan torpaqlarını azad etdi və parlaq qələbə qazandı. Ölkədə əmin-amanlığın, stabilliyin, milli birliyin təmin olunması, Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, güclü iqtisadiyyatı, güclü ordu quruculuğu, vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində atılan addımlar Azərbaycanın 30 illik həsrətinə cəmi 44 gün ərzində son qoydu. 
Millət vəkili Cavid Osmanov deyir ki, 2020-ci ildə “Xankəndiyə niyə girmədik” deyənlərin Avropanın ən böyük ölkələrindən olan Ukraynanın bu gün dünyanın gözü qarşısında yaşadıqlarından nəticə çıxarmağa çağırıb.:

Sitat: “Bu gün bütün dünyanın dəstəklədiyi Ukraynadan fərqli olaraq, Azərbaycanın yanında yalnız dost-qardaş ölkə olan Türkiyə var idi. Azərbaycan 2020-ci ildə 10 noyabr sənədinə imza atmasayı və Xankəndiyə ordu yeritsəydi biz bir çox bəlalar gözləyirdi. Bizi həm Rusiyanın hərbi təzyiqi, həm də bu gün Ukraynanın yanında olan ABŞ və Avropanın sanksiyaları gözləyirdi. Bu gün Ukraynada yaşananlar Azərbaycan üçün də ola bilərdi, biz nəinki 44 günlük müharibədə əldə etdiklərimizi, ümumiyyətlə müstəqilliyimiz və dövlətçiliyimizi itirə bilərdik. Amma Prezident İlham Əliyev bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla həm ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, həm də ölkə mümkün geosiyasi kataklizmlərdən sığortaladı”.
Budan başqa, bu gün Azərbaycan  Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədridir və dünyada gedən proseslərə həm də bu statusla üzərinə düşən öhdəliklər kontekstdə yanaşır. Bütün qərarlar dərin siyasi təhlilə əsaslanır, dövrün reallıqları nəzərə alınır, gələcək üçün real proqnozlar müəyyən edilir və istənilən qərar milli maraqlara əsaslanır.

Bu yerdə Azərbaycan Prezidentin İlham Əliyevin səsləndirdiyi bir fikir çoz yerinə düşür.  “Bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünki artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619

Oxşar yazılar