Parlament seçkilərində ödənişli təşviqata yalnız bir telekanal  qoşulub
03 avqust 2024 15:05 (UTC +04:00)

Parlament seçkilərində ödənişli təşviqata yalnız bir telekanal qoşulub

Milli Məclisə növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları məlum olub. 

Lent.az-ın xəbərinə görə, ödənişli təşviqatda ümumilikdə 57 media orqanı iştirak edəcək. 

Maraqlıdır ki, bu media orqanları arasında yalnız bir televiziya kanalı - "İctimai TV" var.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2178
avatar

Oxşar yazılar