Ölən siyasətçi  seçkilərdə qalib gəldi
28 noyabr 2021 19:32 (UTC +04:00)

Ölən siyasətçi seçkilərdə qalib gəldi

Hindistanın Bihar əyalətinin Camui rayonunun Dipakarhar kəndində yerli şura seçkilərində səsverməyə iki həftədən çox qalmış vəfat edən namizəd qalib gəlib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, siyasətçi Sohan Murmu seçkilərdə qələbə vəsiqəsinin təqdim edilməsi mərasimində iştirak etməyib. Seçki komissiyasının nümayəndələri onun yaxınları ilə əlaqə saxlayıb və məlum olub ki, seçkinin qalibi noyabrın 6-da dünyasını dəyişib. Üstəlik, seçki komissiyası onun ölümü ilə bağlı konkret məlumat verməyib.

“Rəqibini 28 səslə məğlub edən Murmunun ailə üzvləri son arzusunun seçkidə qalib gəlmək olduğunu bildiriblər. Buna görə də Murmunun ölümü ilə bağlı səlahiyyətlilərə məlumat verməyiblər. Heç bir kənd sakini də bizə heç nə deməyib. Görünür, son istəyinə hörmət etmək üçün ona səs veriblər”, - yerli hakimiyyətin nümayəndəsi deyib.

Nəticədə yerli seçki komissiyası üçün vəziyyət asan olmayıb. Ştatın hakimiyyəti ölkənin MSK-dan seçkilərin etibarsız sayılmasını xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3048
avatar

Oxşar yazılar