Müharibənin o vaxt dayandırılması bizim  şüurlu seçimimiz   idi - Prezident
08 noyabr 2023 16:35 (UTC +04:00)

Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi - Prezident

Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq.

Lent.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

“O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi. Bu gün bizim, bax, burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi”, - dövlət başçısı əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3849
avatar

Oxşar yazılar