Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı abadlaşdırılır
28 fevral 2024 19:34 (UTC +04:00)

Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı abadlaşdırılır

"Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə Sərəncam imzalayıb".

Lent.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb.

“Həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur”, - məlumatda deyilir.

# 2298
avatar

Oxşar yazılar