Mədət Quliyevə yeni müavin TƏYİN EDİLDİ
27 mart 2023 13:19 (UTC +04:00)

Mədət Quliyevə yeni müavin TƏYİN EDİLDİ

Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.

Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev martın 15-də sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Vüqar Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub.

2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında, 2010-2013-cü illərdə Xəzər Universiteti Maliyyə və kredit ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramı üzrə təhsil alıb.

2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində baş mütəxəssis olaraq çalışıb.

2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi fəaliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb. 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. 2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərib.

2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A.Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

# 2412
avatar

Oxşar yazılar