Lukaşenkodan Paşinyana Qarabağ ətrafında  baş verən hadisələrlə bağlı İTTİHAM
12 sentyabr 2024 23:13 (UTC +04:00)

Lukaşenkodan Paşinyana Qarabağ ətrafında baş verən hadisələrlə bağlı İTTİHAM

Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ ətrafında baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırıb. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dövlət başçısı bildirib ki, o, ölkə rəhbərliyinə əraziləri Azərbaycana verməklə bağlı xəbərdarlıq edib. Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan Minsk və Moskvanın “bu problemi həll etmək” tələblərinə baxmayaraq, İrəvanın “mübarizə aparacağını” təkid edib”, - Lukaşenko iddia edir.

“Vuruşdunuz. Bəs onda niyə indi Rusiyadan, hətta bizdən də inciyirsiniz? Sən özün etiraf etdin ki, Qarabağ Azərbaycan ərazisidir... Kimdən inciməlisən? Sənin dilini kim çəkdi?” – Belarus prezidenti deyib.

İyun ayında Paşinyan Belarusa səfərdən imtina edib. Aleksandr Lukaşenko prezident olaraq qaldığı müddətdə o ölkəyə getməyəcəyini açıqlayıb. Ermənistan Nazirlər Kabinetinin rəhbəri Minskin Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə bağlı hərəkətlərinə görə Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılmasını tələb edib. İrəvan hesab edir ki, Belarus Bakıya silahla yardım edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2364
avatar

Oxşar yazılar